• Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib;
    Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • “Gənc İstedadlar” Liseyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib;
    “Gənc İstedadlar” Liseyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
  • “Gənc İstedadlar” Liseyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib;
    “Gənc İstedadlar” Liseyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
DAHA ƏTRAFLI

00:00:00
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

Fhnews.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev, ilk növbədə, beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirdi.

Səfir, əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş etdi.

Məhəmməd Saleh Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini dedi.

Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğuladı ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldular.

Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırladı və bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğuladı, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd etdi.

Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd etdi.

Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxundu.

Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirildi.

;
DAHA ƏTRAFLI

00:00:00

İyunun 13-də Qərbi Azərbaycan İcmasının  Mığrı rayon icması Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Mığrı İcmasının sədri, akademik Fikrət Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev və başqaları çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev o dövrdə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev  müstəqil dövlətimizin sarsılmaz bünövrəsini quraraq onu inkişaf yoluna çıxardı.

 

https://youtu.be/ZuoizbLyGgc

 

Bu gün Heydər Əliyev yolunu   uğurla davam etdirən Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Azərbaycanı qüdrətli dövlətə çevirib.


Natiqlər dövlət başçısının siyasəti nəticəsində Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıdacaqlarına inam ifadə ediblər. 
Qeyd edək ki, tədbirdə Mığrı rayonu üzrə kənd icma sədrləri və  liseyin şagirdləri iştirak ediblər.

 

;
DAHA ƏTRAFLI

00:00:00

İyunun 13-də Qərbi Azərbaycan İcmasının  Mığrı rayon icması Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Mığrı İcmasının sədri, akademik Fikrət Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev və başqaları çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev o dövrdə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev  müstəqil dövlətimizin sarsılmaz bünövrəsini quraraq onu inkişaf yoluna çıxardı. Bu gün Heydər Əliyev yolunu   uğurla davam etdirən Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Azərbaycanı qüdrətli dövlətə çevirib.

Natiqlər dövlət başçısının siyasəti nəticəsində Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıdacaqlarına inam ifadə ediblər. 

Qeyd edək ki, tədbirdə Mığrı rayonu üzrə kənd icma sədrləri və  liseyin şagirdləri iştirak ediblər.

 

;
Heydər Əliyev

Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi

Daha ətraflı
İlham Əliyev

İlham Əliyev

Cənab Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi

Daha ətraflı
İlham Əliyev

İlham Əliyev

Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan
İcmasında görüşü

Daha ətraflı
Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan
İcması

Qərbi Azərbaycan
Qəhrəmanları

Daha ətraflı

Qərbi Azərbaycanın Mığrı rayonunun KƏND İCMALARI


Nüvədi

Nüvədi


Kənd haqqında məlumatlar


Daha ətraflı
Aldərə

Aldərə


Kənd haqqında məlumatlar


Daha ətraflı
Lehvaz

Lehvaz


Kənd haqqında məlumatlar


Daha ətraflı
Lök

Lök


Kənd haqqında məlumatlar


Daha ətraflı
Maralzəmi

Maralzəmi


Kənd haqqında məlumatlar


Daha ətraflı
Mığrı şəhəri

Mığrı şəhəri


Şəhər haqqında məlumatlar


Daha ətraflı
Tuğut

Tuğut


Kənd haqqında məlumatlar


Daha ətraflı
Əkərək

Əkərək


Kənd haqqında məlumatlar


Daha ətraflı

QƏRBİ AZTV


Banner 1
Banner 2
Banner 3

Mığrı rayonu fotolarda